Zövqün füsunkar dizaynı

Pasha Construction logo

Heyrətamiz memarlıq və eksklüziv bağçaların seçilmiş ünvanı


Doğma Bakımızın yeni mərkəzi sayılan Ağ Şəhərdə yerləşən “K Residence”, yüksək səviyyəli həyat tərzini və əlverişli mühiti özündə cəmləyir. “K Residence” yaşayış kompleksinin dizaynında Londonun elit, gözoxşayan binaları və valehedici bağları ilə məşhur olan “Knightsbridge”dən ilhamlanılıb. “Regency” memarlığına xas sütunları, məhəccər və eyvanları ilə bura eksteryer və interyer baxımından tamamilə fərqli bir yaşayış kompleksidir.

“Regency” memarlığından ilhamlanaraq


XVİİİ əsrin London “Regency” memarlığı heç vaxt dəbdən düşməyən, özünəməxsusluğu ilə seçilən arxitekturaya sahibdir.  Həndəsi ölçüləri və simmetriyası ilə seçilən  bu üslubun əsas xüsusiyyəti, sakinlərinin xoşbəxt yaşayışı üçün lazım olan bütün ehtiyaclarını yüksək səviyyədə qarşılayan həyat tərzini təmin edə bilməkdir.

“K Residence”in memarlığında istifadə olunan zəngin estetika, özəl detallar, bu gözəllikdən hər kəsin zövq ala bilməsi üçün hazırlanıb. Buradakı yaşıllaşdırma və binalar arasında yaradılmış xüsusi balans, geniş küçələrə parlaqlıq verən bəzəkli işıq sütunları ilə tamamlanmışdır.

Eleqant və özəl bağçalar


“K Residence” gözoxşayan meydançaları, həyatyanı sahələri, gül-çiçəkli bağları, eleqant landşaftı, təmiz ekoloji ərazisi ilə fərqlənən möhtəşəm yaşayış kompleksidir. Tikililəri əhatələyən səliqəli yaşıllıqlar, valehedici güllər ətrafa rəng qatır. Buradakı oturacaqlar, yaşıl terraslar, incəsənət nümunələri və klassik üslubda hazırlanan dəmir məhəccərlər daim dəyişən mənzərəni tamamlayır və Bakının arxitekturasına yeni nəfəs gətirir.

“K Residence”in ən böyük açıq ərazisi sayılan “Crescent Gardens” bağlarında siz sərin yay axşamlarından zövq ala və dincələ bilərsiniz. Bu bağlarda ailə üzvləriniz və dostlarınızla birlikdə xoş vaxt keçirməklə yanaşı, övladlarınız üçün yaradılmış müasir uşaq meydançalarında rahatlıqla əylənə bilərsiniz.

The K Residences