Beynəlxalq təcrübəyə malik heyət

Pasha Construction logo

“PASHA İNŞAAT”

Layihələndirmə və tikinti şirkəti


2006-cı ildə yaradılan Paşa İnşaat şirkəti Azərbaycanın aparıcı layihələndirmə və tikinti şirkəti olaraq memarlıq sahəsindəki nailiyyətlərinə və layihələndirmə sahəsində göstərdiyi qeyri-adi ustalığa görə tanınır. Yüksək keyfiyyətli inşaat və tikinti işlərində ixtisaslaşan və genişmiqyaslı layihələri uğurla başa çatdıran Paşa İnşaat Bakıda qısa müddət ərzində gözəçarpan inkişafa nail olmuşdur.

Son bir neçə il ərzində Bakının ümumi görkəminin əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rol oynayan Paşa İnşaatşirkəti “Port Baku Residence”, “Four Seasons Hotel Baku”, “Pik Palace Hotel Şahdağ”, “JW Marriott Abşeron Bakı” və “Çinar Restoranı” ilə yanaşı, onlarla başqa nüfuzlulayihələri həyata keçirən yenilikçi komandadır. Şirkətin tamamladığı layihələr arasında “Bakı Biznes Mərkəzi”, “Port Baku Qüllələri”, “Bentley Baku”, “Nizami Residences”, “National Gymnastics Arena”, “Shahdag Resort Grand Hotel” layihələri də var.

Şirkətin əsas məqsədlərindən biri estetik gözəlliyə malik obyektlər inşa etməklə yanaşı, daima müştəriləri və sakinləri üçün xüsusi imkanlar təklif etməklə tikintisi başa çatdırılmış layihələrin peşəkar idarə olunmasını təmin etməkdir.

CHAPMAN TAYLOR

MEMARLIQ ŞİRKƏTİ


Chapman Taylor yaşayış, ticarət, hotel, daşınma, ofis dizaynı üzrə ixtisaslaşmış dünya miqyaslı memarlıq şirkətidir.

Şirkət öz layihələrinə görə 250-dən çox mükafata layiq görülüb və bunlara Bakıda yerləşən “Gənclik Mall” və “Port Baku Tower” daxildir. Bu şirkətin yaşayış kompleksi portfelinə Londonun mərkəzində XIX əsrin əvvəllərinə aid İngilis memarlıq üslubunda tikilmiş “Bessborough Gardens” kimi tanınmış dizayn layihələri daxildir. Bu layihələr əla işləmələrinə və yüksək keyfiyyətinə görə “Civic Trust” təltifnaməsinə və “Living in the City” mükafatına layiq görülmüşdür.

ROBERT ANGELL DESİGN İNTERNATİONAL

İnteryer dizayneri


Bir çox mükafatlara layiq görülmüş interyer dizayner Robert Angell 2010-cu ildə öz dizayn fəaliyyətinə başlamışdır. Londondakı möhtəşəm “One Aldwych” Hotel onun ən son tamamladığı layihələrindəndir.

Dizaynerin digər diqqətəlayiq layihələri arasında “Collins Room” “The Berkeley Knightsbridge” suitlər, habelə “American Bar” və “Kaspars at The Savoy London” Nyu‑Yorkda “Wild Ink” restoranı və Aqua Restaurant Group üçün “Hutong” kimi layihələri qeyd olunmalıdır.

SCAPE

Landşaft dizayneri


Qazandığı mükafatlarla beynəlxalq miqyasda tanınan “Scape Design” şirkəti beynəlxalq lüks yaşayış və mehmanxana bazarında landşaft dizaynı üzrə ixtisaslaşan landşaft memarlıq şirkətidir.

Şirkət, “39 Conuit Road Hong Kong” və “Knightsbridge London”da mərkəzi bağın meydanı kimi dünyanın ən görkəmli məkanları üçün landşaft sahələrinin dizaynının yaradılması ilə tanınır. Bakıdakı “JW Marriott Abşeron” və “Boulevard” hotellərindəki bağlar, o cümlədən möhtəşəm “Dəniz Mall” layihəsi də bu siyahıya daxildir. Şirkətin layihə portfelində həmçinin Türkiyənin Bodrum şəhərində yerləşən “Mandarin Oriental Resort”, Yunanıstanda yerləşən “The Romanos, A Luxury Collection, Costa Navarino” və Fici adalarında yerləşən və təkrarolunmaz dizayna malik “Laucala İsland Resort”un da adları çəkilir.