MƏXFİLİK SİYASƏTİ

Fərdi məlumatlarınızın Nəzarətçisi kimdir?

K Residence

Qeydiyyatdan keçmiş ünvanlar: Bakı şəhəri, Neftçilər pr 153

E-mail: sales@kresidence.az

Tel: +994 12 525 1234

 

Fərdi məlumatlarınızı hansı məqsədlə emal edirik?

Biz, İstifadəçilərin bizə təqdim etdiyi məlumatları Vebsaytımıza verilən informasiya sorğularını idarə etmək və onlar üçün maraqlı ola biləcək K Residence – in kommersiya təkliflərini və ya yeniliklər barədə məlumatları onlara göndərmək üçün emal edirik.

Məlumatlarınız nə qədər müddətə saxlanılacaqdır?

Təqdim edilən fərdi məlumatlar layihələrimiz barədə müvafiq İstifadəçini məlumatlandırmaq üçün onun tərəfindən məlumatların silinməsi tələb olunana kimi saxlanılacaqdır.

Məlumatlarınızın emal edilməsinin qanuniliyi nədədir?

Məlumatların emal edilməsi üçün hüquqi əsas Məxfilik Siyasətinin qəbul edilməsi vasitəsilə  təmin olunan İstifadəçi razılığıdır.

İstifadəçilər Vebsayt formasında “tələb olunur” kimi işarələnən xanaları doldurmalıdırlar. K Residence tərəfindən tələb olunan fərdi məlumatların hamısı təqdim edilməzsə, İstifadəçi sorğusu tam şəkildə tamamlanmaya bilər.

 Məlumatlarınız kimə çatdırılacaqdır?

Məlumatlarınız yuxarıda qeyd olunan məqsədlər üçün K Residence – in daxil olduğu biznes qrupundan olan digər şirkətlərə çatdırılacaqdır.

Fərdi məlumatlarınızı bizə təqdim edən zaman hüquqlarınız nələrdir?

İstənilən istifadəçi K Residence – in onlara təsir edən və ya etməyən fərdi məlumatları emal edib – etmədiyinin təsdiqini əldə etmək hüququna malikdir.

İstifadəçilər öz fərdi məlumatlarına baxmaq və qeyri – dəqiq məlumatların düzəldilməsini tələb etmək, lazım gəldikdə, məlumatların toplandığı məqsədlər üçün artıq zəruri olmadığı hallarda onların silinməsini tələb etmək hüquqlarını icra edə bilər.

İstifadəçilər  müəyyən hallarda və xüsusi vəziyyətlər ilə bağlı səbəblərdən öz məlumatlarının emalının məhdudlaşdırılmasını və onun əksini tələb edə bilər.

İstifadəçilər həmçinin məlumatların daşınması və istənilən vaxt verilən hər hansı razılığın ləğv edilməsi hüquqlarını icra edə bilər, bu hal, razılığın ləğv edilməsindən əvvəl həmin razılıq əsasında məlumatların emalının qanuniliyinə heç bir təsir göstərməyəcəkdir.

İstifadəçilər yuxarıda qeyd olunan hüquqları cari qanuna əsasən təmin olunan şərtlərdə K Residence  -in qeydiyyatdan keçmiş ünvanı ilə əlaqə saxlamaqla və ya sales@kresidence.az- ə emal (elektron poçt məktubu) göndərməklə icra edə bilər.

 

COOKIES SİYASƏTİ

Bu Vebsayta daxil olaraq və / və ya ondan istifadə edərək, istifadəçi, K Residence – in “cookie”lərdən istifadə edə bilməsi ilə razılaşır.

“Cookie”lər istifadəçinin axtarış vərdişlərinə dair məlumatları saxlayan və bərpa edən fayllardır.

 “Cookie”lərin növləri

Cookie – lər müxtəlif meyarlar əsasında aşağıdakı kimi təsnif olunur:

  1. a) Onları idarə edən quruma görə

“Cookie”lərin göndərildiyi kompyüter və ya domeni idarə edən və əldə edilən məlumatları emal edən qurumdan asılı olaraq, iki cür  “cookie” mövcuddur:

  • Özünə aid “cookie”lər redaktor tərəfindən idarə edilən cihaz və ya domendən son istifadəçinin kompyüterinə göndərilir.
  • Üçüncü tərəf “cookie”ləri redaktor tərəfindən idarə edilməyən, lakin “cookie”lər vasitəsilə əldə edilən məlumatları emal edən digər quruma aid olan cihaz və ya domendən göndərilir.
  1. b) Aktiv qaldıqları müddətə görə
  • Sessiya “cookie”ləri istifadəçinin vebsayta daxil olduğu sessiya boyunca məlumatları toplayır və saxlayır.  
  • Davamlı “cookie”lərkompüterdə saxlanılır və istənilən vaxt onlara daxil olmaq və onları emal etmək mümkündür.
  1. c) Məqsəd və təyinatına görə  
  • Texniki “cookie”ləraxtarış zamanı mövcud olan müxtəlif seçim və ya xidmətlərin axtarılması və onlardan istifadəyə imkan yaradır.  
  • Sazlama / quraşdırma “cookie”lərbəzi əvvəlcədən müəyyənləşdirilmiş ümumi xüsusiyyətləri olan xidmətlərə giriş imkanı verir.  
  • Analitik “cookie”lər istifadəçi davranışının izlənməsi və analizinə imkan verir.  
  • Reklam “cookie”ləri. vəziyyətdən asılı olaraq, redaktorun vebsayta daxil edəcəyi reklam yerlərinin idarə edilməsinə, tələb olunan xidmətin təmin ediləcəyi tətbiq və ya platformaya imkan verir.
  • Davranış reklam “cookie”ləri, vəziyyətdən asılı olaraq, vebsayta daxil edilmiş reklam yerlərinin idarə edilməsinə, tələb olunan xidmətin təmin edildiyi tətbiq və ya platformaya imkan verir və onlar istifadəçilərin axtarış vərdişlərini davamlı olaraq müşahidə etməklə əldə olunan istifadə davranışı haqqında məlumatları saxlayır, bununla, reklamları onlara göstərmək üçün xüsusi profillərin işlənib hazırlanmasını mümkün edir.

 Xüsusi olaraq, istifadəçi razılaşır ki, K Residence aşağıdakı “cookie” növlərindən istifadə edə bilər:

 Onları idarə edən quruma görə:

  • Üçüncü tərəf: Google Analytics(onlar Vebsaytda aparılan axtarışların ölçülməsinə və təhlilinə imkan verir).

 Aktiv qaldıqları vaxta görə:

  • Sessiya və davamlı

 Məqsəd və təyinatına görə:

  • Analitik

 “Cookie”lərin qeyri – aktiv edilməsi

İstifadəçilər, susma rejimində bütün cookie-ləri qəbul etmək və ya onlardan imtina etmək və yaxud hər bir “cookie”nin qəbul edilməsi haqqında bildiriş almaq və onları nə zaman icra etmək barədə həmin an qərar qəbul etmək üçün öz brauzerlərini konfiqurasiya edə bilər.

“Cookie”lərin bloklanması və silinməsi prosedurları hər bir İnternet brauzerində  fərqli ola bilər, buna görə də, İstifadəçilər, aşağıda qeyd edildiyi kimi, İnternet brauzeri tərəfindən təmin edilən göstəriş və təlimatlara əməl etməlidirlər:

Bu brauzerlər yenilənə və / və ya dəyişdirilə bilər, buna görə də, biz onların brauzer versiyasına tam uyğunluğuna zəmanət verə bilmirik.

İstifadəçilər cookie-lərdən istifadədən imtina etmək istəsələr, onlar Vebsaytdan istifadə etməyə davam edə bilər, lakin bəzi xüsusiyyətlərdən məhdud şəkildə istifadə edilə biləcəkdir. İstifadəçilər onların istifadəsindən imtina etmədən Vebsaytda axtarış aparmağa davam edərsə, K Residence bunu qəbul edilmiş hesab edəcəkdir.

“Cookie”lərdən istifadə ilə bağlı hər hansı əlavə məsələ ilə əlaqədar olaraq, siz sales@kresidence.az - ə email göndərməklə, öz sorğunuzu yazılı şəkildə təqdim edə bilərsiniz.