Şərtlər

Vebsayta sahiblik

www.kresidence.az ( “Vebsayt”) vebsaytının sahibi  «Knightsbridge Ağ Şəhər» Mənzil Tikinti Kooperativi şirkətidir. «Knightsbridge Ağ Şəhər» Mənzil Tikinti Kooperativinin identifikasiya məlumatları aşağıdakı kimidir:

 

Qeydiyyatdan keçmiş ofislər: Bakı şəhəri, Neftçilər pr. 153

Email: sales@kresidence.az

Tel: +994 12 404 48 00

 

Vebsayta giriş:

Giriş və İstifadə Hüququ ilə bağlı hazırki şərtlər  K Residence – in İnternet istifadəçilərinə təmin etdiyi və K Residence haqqında məlumatları İstifadəçilərə təqdim etmək istədiyi Vebsayta giriş və ondan istifadə hüququnu tənzimləyir.

İstifadəçi tərəfindən vebsayta giriş və ondan istifadə hüququ bu Giriş və İstifadə Hüququnun Ümumi Şərtlərinin qəbulunu nəzərdə tutur.

Hazırki Ümumi Şərtləri qəbul etməsəniz, bu zaman Vebsayt və onun məzmunundan istifadə etməyin.

 

 Vebsaytdan istifadə

İstifadəçi Giriş və İstifadə ilə bağlı hazırki Ümumi Şərtlərə və tətbiq olunan qaydalara tam şəkildə əməl edərək, Vebsaytdan, eləcə də, oradakı məlumatlardan lazımi qaydada istifadə etməyi öz üzərinə götürür.

İstifadəçi Vebsayta zərər vuracaq, onu deaktiv edəcək və / və ya həddən artıq yükləyəcək, eləcə də, hər hansı şəkildə onun normal istifadə və / və ya işinə mane olacaq hər hansı hərəkəti etməməyi öz üzərinə götürür.

K Residence müvafiq hesab etdiyi hallarda, xarakterinə görə istənilən vaxt istənilən məzmunu Vebsaytdan təktərəfli şəkildə geri götürmək və ləğv etmək hüququna malikdir.

İstifadəçiyə bununla məlumat verilir ki, əgər o, Giriş və İstifadə ilə bağlı hazırki Ümumi Şərtlərə  və ya Vebsaytda təqdim edilən hər hansı digər şərtlərə əməl etməzsə, bu zaman K Residence bu məqsədlə zəruri olan hər hansı texniki tədbiri görməklə, onların Vebsayta girişini məhdudlaşdırmaq, dayandırmaq və / və ya ləğv etmək hüququna malik olacaqdır.

K Residence, xətaların qarşısını alaraq və ya onları bərpa edərək və Vebsaytın məzmununu lazımi qaydada yenilənmiş vəziyyətdə saxlayaraq, Vebsaytı yaxşı vəziyyətdə saxlamaq üçün əlindən gələni edir. Lakin K Residence, Vebsayta giriş hüququnun mövcudluğuna və davamlılığına və ya məzmunda xətaların olmamasına, nə də onların Vaxtlı-vaxtında yenilənməsinə zəmanət vermir.

K Residence istənilən vaxt və heç bir əvvəlcədən bildiriş olmadan Vebsaytda, onun sxemində və ya quruluşunda olan məlumatlara dəyişikliklər etmək, onları silmək və / və ya yeniləmək hüququna malikdir. 

 

ÖHDƏLİKLƏR

Həm vebsayta giriş, həm də oradakı məlumatlardan istifadə yalnız İstifadəçinin məsuliyyətindədir.

K Residence birbaşa və ya dolayı olaraq Vebsaytdakı məlumatlardan və xüsusilə də, K Residence – dən başqa üçüncü tərəflərə, o cümlədən kompyüter sistemlərindəki məhsullara dair hər hansı məlumatdan istifadə nəticəsində yarana hər hansı zərər və / və ya itki və ya virus və \ və ya kiber hücumların səbəb olduğu hər hansı zərər üçün məsuliyyət daşımayacaq, nə də Vebsaytın qeyri – müvafiq qaydada istifadəsi və ya gözləmə vaxtı, müdaxilələr, fasilə və / və ya kommunikasiya uğursuzluqlarına görə yaranan hər hansı zərərə görə cavabdehlik daşımayacaqdır. Bundan əlavə, K Residence Vebsayta giriş nəticəsində yaranan İstifadəçinin aparat və ya proqram təminatına dəyən hər hansı zərər üçün məsuliyyət və cavabdehlik daşımayacaqdır.

K Residence, məlumatın qanunsuz olduğuna və ya onun üçüncü tərəflərin hüquqlarına xələl yetirə biləcəyinə dair faktiki məlumatı olmadıqda, İstifadəçi tərəfindən göndərilən məlumatlar üçün cavabdehlik daşımayacaqdır. Məlumatların yuxarıda qeyd edilən xüsusiyyətlərə malik olduğundan xəbərdar olan kimi, K Residence onları silmək və kənarlaşdırmaq üçün lazımi səylə çalışacaqdır.

İstifadəçi Giriş və İstifadə ilə bağlı Ümumi Şərtlərə və ya Vebsaytın istifadəsi ilə əlaqəli tətbiq olunan qanuna əsasən malik olduğu hər hansı öhdəliyin pozulması nəticəsində K Residence - ə dəyən istənilən zərər üçün cavabdehlik daşıyacaqdır.

 

Reklam

K Residence öz Vebsaytına istənilən reklam məzmununu və / və ya üçüncü tərəf sponsorluğunu əlavə edə bilər.

Reklamçılar və sponsorlar Vebsayta  daxil edilmək üçün göndərilən materialların hər bir halda tətbiq olunan qanuna tam şəkildə uyğun olduğunu təmin etmək üçün cavabdehlik daşıyacaqdır.

Nəticədə, K Residence reklam və ya sponsorların məzmununda olan hər hansı xəta, qeyri – dəqiqlik və / və ya natamamlılıq üçün məsuliyyət daşımayacaqdır.

 

Keçidlər (linklər) siyasəti

a) Vebsayta keçidlər (linklər)

Vebsaytda vebsayta keçid (“Keçid saytı”) və ya onunla birlikdə çərçivə daxil etmək istəyən  hər hansı üçüncü tərəf K Residence – in əvvəlcədən, açıq – aşkar və yazılı razılığını əldə etməlidir.

Heç bir halda, K Residence tərəfindən verilən icazə o demək deyil ki, o, Keçid saytının məzmununu və / və ya xidmətlərini təsdiq edir, təşviq edir, onlara zəmanət verir və / və ya onları tövsiyə edir, nə də ki, onların məzmununa görə cavabdehlik daşıyır.

Keçid saytı cari qanuna uyğun olmalı və heç bir halda, özünün və ya üçüncü tərəflərin K Residence – in fəaliyyəti ilə bağlı qanunsuz və / və ya qeyri – müvafiq hesab olunan (qəddar, irqçi, təhqiramiz və s.) məzmununu ehtiva etməməlidir.

Yuxarıda qeyd olunan şərtlərdən hər hansı biri pozularsa, K Residence dərhal keçidi silməli olan, Keçid Saytına verilən razılığı geri götürəcəkdir.

b) Digər vebsaytlara keçidlər

İstifadəçilərə digər vebsaytlara daxil olmağa icazə verən müxtəlif keçidlər (“Keçidli saytlar”) vebsayta əlavə edilə bilər.

Heç bir halda, Keçidli saytların mövcudluğu K Residence- in Tövsiyə, təşviqini, identifikasiyasını və / və ya Keçidli saytlar vasitəsilə təmin edilən bəyanatlar, məzmun və / və ya xidmətlər ilə uyğunluğunu bildirmir.

Nəticə etibarilə, K Residence, Keçidli Saytların məzmunu, onlardan istifadə şərtləri və qaydaları, onların məxfilik siyasətləri və digər şərtlər və qaydalar üçün məsuliyyət daşımayacaq, İstifadəçi isə bu saytlara daxil olan və onlardan istifadə edən zaman hər dəfə onların yoxlanılması və qəbul edilməsi üçün yalnız özü məsuliyyət daşıyacaqdır.  

 

Sənaye və əqli mülkiyyət

 

Bütün əqli mülkiyyət hüquqlarına xələl yetirmədən, dizaynlar, verilənlər bazaları, əsas proqram təminatları (mənbə kodları daxil olmaqla), eləcə də, Vebsaytın müxtəlif elementləri (mətnlər, qrafiklər, şəkillər, videolar, səs yazmaları, rəng birləşmələri və s.) (“Məzmun”), onların quruluşu, seçimi və sırası K Residence – in və ya vəziyyətdən asılı olaraq, onun lisenziyaçılarının mülkiyyətidir.

Vebsayta daxil edilən fərqləndirici nişanlar K Residence və ya onun lisenziyaçılarının mülkiyyətidir. Giriş və İstifadə hüququ ilə bağlı Hazırki Ümumi Şərtlər ilə İstifadəçiyə açıq şəkildə Vebsaytın, onun Məzmununun və / və ya fərqləndirici nişanların və K Residence – in sahib olduğu domen adlarının açıq şəkildə icazə verilməyən çoxaldılması, transformasiyası, paylanması, ictimaiyyətə çatdırılması, təmin edilməsi və / və ya hər hansı digər şəkildə yayılması qadağan edilir.

Məzmundan icazəsiz istifadə, eləcə də, K Residence – in əqli və sənaye mülkiyyət hüquqlarına dəyən hər hansı zərər bununla bağlı yaranan hər hansı məsuliyyət və öhdəliklərə görə hüquqi olaraq lazımi tədbirlərin görülməsinə gətirib çıxara bilər.

İstifadəçi tərəfindən Vebsaytdan istifadə K Residence tərəfindən onlara Vebsayt və Məzmun üzrə hər hansı əqli və / və ya sənaye mülkiyyət hüququnun təyin edilməsini nəzərdə tutmur.  

 

Müddəaların müstəqilliyi

Giriş və İstifadə Hüququ ilə bağlı Ümumi Şərtlərin hər hansı müddəası tamamilə və ya qismən etibarsız və ya qanuni qüvvəsini itirmiş elan olunarsa, həmin etibarsızlılıq və ya qanuni qüvvənin itirilməsi yalnız qeyd olunan müddəaya və ya onun etibarsız hesab olunan hissəsinə təsir edəcək və bütün digər hissələr tam olaraq qüvvədə qalacaq, qeyd olunan müddəa və ya onun etibarsız hissəsi çıxarılacaqdır.

Bu məqsədlə, Giriş və İstifadə Hüququ ilə bağlı Ümumi Şərtlər yalnız etibarsız və ya qanuni qüvvəsini itirmiş müddəa ilə əlaqədar olaraq müstəsna şəkildə tətbiq edilməyəcək və onun heç bir digər hissəsi və ya müddəası bu haldan təsirlənməyəcək və ya etibarsız hesab olunmayacaqdır.

 

Şəxsi məlumatların qorunması

Vebsayt istifadəçilərinin şəxsi məlumatlarının emal edilməsi ilə bağlı bütün aspektlər Məxfilik Siyasətində tənzimlənir.

 

Tənzimləyici qanun və yurisdiksiya

Vebsayta giriş və ondan istifadə Azərbaycan qanunlarına əsasən tənzimlənir və təfsir olunur.

Ümumi Şərtlərin izahında və / və ya tətbiqində hər hansı ziddiyyət və ya uyğunsuzluq olduqda, səlahiyyətli məhkəmələr tətbiq olunan hüquqi qaydalarda müəyyənləşdirilən məhkəmələr olacaqdır.