Zamana tabe olmayan möhtəşəm həyat tərzi

Pasha Construction logo

Mənzillər


“K Residence”in təqdim etdiyi studiya, bir, iki, üç və dörd yataq otaqlı mənzillər xəyalınızda olan həyat tərzini sizin üçün reallığa çevirir!

İki yataq otaqlı mənzillər


Böyük ailələr üçün nəzərdə tutulmuş çoxistifadəli, geniş iki yataq otaqlı mənzillərdə siz rahatlıqla gündəlik həyatınızdakı ehtiyaclarınızı təmin edə biləcək, evinizdə ziyafətlər, tədbirlər təşkil etməkdən ailəniz və yaxınlarınız ilə birlikdə həzz ala biləcəksiniz. Bu mənzillərdəki zövqün və komfortun ahəngi sizi valeh edəcək!

Əyləncənin dadı


‘’K Residence” mənzillərində mətbəx-ailəniz və yaxınlarınızla bərabər ətrafına toplaşacağınız süfrələr və keçirəcəyiniz xoş anlardan zövq ala biləməniz üçün olan sevimli guşədir. Hündür tavanları, iri pəncərələri ilə yaxşı işıqlanan mətbəxinizdə sevdikləriniz ilə bərabər dadlı təamlardan həzz alacaqsınız.

Möhtəşəm mühit


Yataq otaqlarının düzgün şəkildə layihələndirilməsi evinizin genişliyi ilə bərabər sizə yeni imkanlar əldə etmə şansı təqdim edir.

Buranın ekstravaqant və klassik memarlığı eyni zamanda mənzillərdə olan praktiklik sizə evinizdə keçirəcəyiniz hər bir andan zövq almağa imkan yaradacaq.

Klassik üsluba yaradıcı yanaşma


Məşhur “David Collins” studiyasının kreativ direktoru vəzifəsində işləmiş, bir çox mükafatların sahibi Robert Angell 2010-cu ildən etibarən özfəaliyyətə başlamış və qısa bir zaman ərzində böyük uğurlar əldə etmişdir. Robert Angell zamana tabe olmayan interyer dizaynların kəşfi və ixtirası üzərində ixtisaslaşmışdır.

Studiya mənzil


“K Residence”in studiya mənzilləri həddindən artıq incə, eyni zamanda çoxşaxəli imkanları ilə yaşayış üçün heyranedici nümunədir. Hündür tavan, geniş pəncərələr və mənzildə istifadə olunmuş innovativ mebellər burada rahat şəkildə yaşamağa mükəmməl şərait yaradır.

Fərqlənən incəlik və özəl tərz


“K Residence” 1700-cü illərin ecazkar tərzinə və heyranedici memarlığa malik yaşayış məkanlarına sahibdir. Buranın istər modern və xoş atmosfer yaradan üslubu, istərsə də özünəxməxsus şəkildə seçilən dizaynı son dərəcə yüksək səviyyəli yaşayış tərzinin göstəricisidir. 'K Residence'in ailələr və fərdi şəxslər üçün təqdim etdiyi zəngin həyat tərzi sizi buranın daimi sakininə çevirəcək.

Qonaq otaqları


“K Residence” in qonaq otaqlarının funksionallığı və mükəmməl işıqlanması ilə sizə hər zaman xoş aura qatacaq. Bu mənzillərdə siz rahatlıqla istər tək, istərsə də dostlarınız ilə xoş vaxt keçirdərək istirahətinizi təmin edə bilərsiniz. Müasir və lüks interyer dizayn ilə siz əsl istirahətin fərqinə varacaqsınız!